DÜNYA


“Gazprom”un təbii qaz ixracı üzrə gəliri 57,7 faiz artıb

Bakı, 10 iyul, AZƏRTAC

Rusiyanın “Gazprom” enerji şirkətinin təbii qaz ixracı üzrə gəliri cari ilin ilk 5 ayında 2020-ci ilin eyni dövrünə görə 57,7 faiz artaraq 16,2 milyard dollar olub.

AZƏRTAC Rusiya Federal Gömrük Xidmətinin məlumatlarına istinadla xəbər verir ki, “Gazprom”un boru kəmərləri ilə təbii qaz ixracının həcmi yanvar-may aylarında əvvəlki ilin eyni dövrünə nisbətən 15,3 faiz artaraq 91,4 milyard kubmetrə çatıb.

Qeyd edək ki, dünyanın ən böyük təbii qaz istehsalçılarından biri olan “Gazprom” Rusiya qanunlarına görə təbii qazın boru kəməri ilə ixracına icazə verilən yeganə şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.