İQTİSADİYYAT


Gecəboyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin olunması istiqamətində tədbirlər görülüb VİDEO

Bakı, 24 fevral, AZƏRTAC

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gecəboyu gücləndirilmiş iş rejimində çalışıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, gecədən başlayaraq Bakı şəhərində AAYDA-nın xidmət etdiyi əsas küçə, prospekt və yollara, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsinə və buzlaşmanın qarşısının alınması üçün kifayət qədər maşın-mexanizm və texnika cəlb edib.

AAYDA-ya məxsus maşın-mexanizmlər və canlı qüvvə gecəboyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyi təmin olunması məqsədi ilə tədbirlər görülüb.

Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olaraq bir daha idarə etdikləri avtonəqliyyat vasitəsi qış fəslinə, xüsusən də bu cür qarlı və şaxtalı havaya uyğun təchiz edilməyən sürücülərdən mümkün dərəcədə yollara çıxmamalarını tövsiyə edir. Çünki onların hərəkətində mütləq şəkildə yaşanacaq problem digər hərəkət iştirakçılarına da maneə törədəcək, bu isə yollarda sıxlığın yaranmasına gətirib çıxaracaq. Nəticədə agentliyin texnikaların vaxtında problemli ərazilərə cəlb olunmasında da ləngimələr baş verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.