CƏMİYYƏT


Gecikdirilmiş sosial xarakterli ödənişlər işçilərə ödənilib

Bakı, 22 yanvar, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı 2018-ci ildə işəgötürənlər tərəfindən işçilərə əməkhaqqı və sosial xarakterli digər ödənişlərdən ibarət 149 min 667 manat (2017-ci illə müqayisədə 44,8 faiz çox) məbləğində vəsaitin ödənişinin gecikdirildiyini müəyyən edib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müvafiq tədbirlər görülməklə həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

Ötən il 91,3 min yeni əmək müqaviləsi bağlanıb. Əmək qanunvericiliyinin tələblərinin pozulması faktlarına görə əvvəlki illə müqayisədə 3 dəfə çox olmaqla 1,3 milyon manat cərimə tətbiq edilib. İstehsalatda bədbəxt hadisələr nəticəsində həyatını itirənlərin sayı isə 13 faiz azalıb.

Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnamə layihəsi, Əmək Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb, əmək hüquqlarının təminatına dövlət nəzarətinin tətbiqi mexanizminin, e-protokol layihəsinin hazırlanmasına başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.