REGİONLAR


Gədəbəy Aşıq Musiqisi Məktəbində bu il ilk məzun buraxılışı olacaq

Gədəbəy, 18 may, Rauf Hacıyev, AZƏRTAC

Gədəbəy Aşıq Musiqisi Məktəbində bu il ilk məzun buraxılışı olacaq.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə məlumat verən Gədəbəy Aşıq Musiqisi Məktəbinin direktoru Etibar Əliyev bildirib ki, bir neçə gündən sonra 40 gənc aşıq ixtisası üzrə məktəbi bitirəcək.

Etibar Əliyev qeyd edib ki, 2014/2015-ci tədris ilindən fəaliyyətə başlayan və 5 illik tədrisə əsaslanan məktəbin hazırda 183 şagirdi var. Beş illik tədris prosesində gənclərə aşıq sənətinin həm nəzəri, həm də praktik əsasları öyrədilib. Belə ki, gənclər ilkin olaraq saz və pərdə ilə, həmçinin bu musiqi alətinin sələfi olmuş digər qədim alətlərlə tanış olub, simi idarə etməyi öyrəniblər.

Tədris dövründə gənc aşıqlar həm saz havalarını ifa etməyi, həm də Azərbaycanın məhəbbət və qəhrəmanlıq dastanlarını mənimsəyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.