REGİONLAR


Gədəbəy, Qəbələ və Şamaxıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Bakı, 16 aprel, AZƏRTAC

Gədəbəy, Qəbələ və Şamaxıda azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fevraldan etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Növbəti səyyar satış aprelin 17-də Gədəbəydə Düzrəsullu kəndində, paralel olaraq Şəkinin Başgöynük kəndində, 18-də Qəbələdə Çuxurqəbələ kəndində, 19-da Şamaxının Qızmeydan kəndində kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satış zamanı tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yararlana bilərlər.

Səyyar satış barədə ətraflı məlumat almaq üçün Gədəbəy rayonu üzrə +9940503780330 (Asəf Nağıyev, Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Şəki rayonu üzrə +9940512559307 (Söhrab Hüseynov, “Aqrolizinq” ASC Şəki RN-in direktoru), Qəbələ rayonu üzrə +9940502002277 (Rahib Əhmədov, Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Şamaxı rayonu üzrə +994055 3362090 (Orxan Vəliyev, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru) ilə əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.