REGİONLAR


Gədəbəy rayonunda mal-qaranın baş sayı 293 mini ötüb

Gədəbəy, 26 iyul, Rauf Hacıyev, AZƏRTAC

Gədəbəy rayonunda cins mal-qaranın baş sayının artırılması üçün bu ilin birinci yarısında süni mayalama işləri davam etdirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görülmüş işlər nəticəsində bu ilin 6 ayında inəklərdən 40 baş sağlam buzov əldə edilib.

Doğulmuş 35 buzova görə 3 min 500 manat subsidiya verilib. Eləcə də 5 buzov üçün 500 manatın verilməsi nəzərdə tutulub.

Bu ilin birinci yarısında rayon üzrə ət istehsalı (diri çəkidə) 38 min 250 sentner, süd istehsalı 265 min 250 sentner olub.

Rayon üzrə iribuynuzlu mal-qaranın sayı 48 min 911 başa, qoyun və keçilərin sayı isə 244 min 354 başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.