CƏMİYYƏT


Gədəbəy sakinləri kənd təsərrüfatı ilə məşğul olarkən minaya düşüblər

Bakı, 12 may, AZƏRTAC

Mayın 11-də saat 17 radələrində iki mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Gədəbəy Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla rayon sakinləri 1995-ci il təvəllüdlü Kamran Namazov və 1994-cü il təvəllüdlü Səddam Nəsibovun kənd təsərrüfatı ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşmələri nəticəsində Kamran Namazovun ağır dərəcəli bədən xəsarəti alması, Səddam Nəsibovun isə müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.