REGİONLAR
Gədəbəydə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
Bakı, 27 mart, AZƏRTAC
Fevral ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçirilir.
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara ASC-nin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
AZƏRTAC xəbər verir ki, növbəti səyyar satışlar martın 28-də Gədəbəy rayonun Saratovka kəndinin inzibati ərazi nümayəndəliyinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf yaşayış məntəqələrinin sakinləri səyyar satışdan yararlana bilərlər.
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrə əldə edirlər.
Səyyar satış barədə ətraflı məlumat almaq üçün +994050 378-03-30 (Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Asəf Nağıyev) nömrəsi ilə əlaqə saxlaya bilərlər.