CƏMİYYƏT
Gədəbəydə evdən oğurluq edən şəxs saxlanılıb
Bakı, 2 noyabr, AZƏRTAC
Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mənzillərdən birindən oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Slavyanka kəndinin qadın sakini rayon polis şöbəsinə müraciət edərək ona məxsus evdən oğurluq olunduğunu bildirib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən şübhəli müəyyənləşdirilib və o, saxlanılaraq polis şöbəsinə aparılıb. Aparılan araşdırmalar zamanı Slavyanka kənd sakini Ədalət Rzayev pəncərəni sındıraraq daxil olduğu evdən yataq dəstləri, məişət əşyaları, qadın əl çantası, 5 min rubl və 70 manat oğurladığını etiraf edib.
Rayon polis şöbəsinin əməkdaşları oğurlanan məişət əşyalarını maddi sübut kimi götürsələr də, saxlanılan şəxs pulu xərclədiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.