ELM VƏ TƏHSİL


Gədəbəydə gənclərə “Vikipediya” təlimləri keçirilir

Bakı, 22 iyul, AZƏRTAC

Gədəbəydə gənclərə “Vikipediya” təlimləri keçirilir.

Bu barədə AZƏRTAC-a “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. O bildirib ki, Gədəbəy Gənclərin İnkişaf və Karyera Mərkəzində keçirilən təlimlər “Qorqud” Vikipediya Metodik Klubunun təlimçisi “Vikipediya” Azərbaycan bölməsinin təcrübəli istifadəçisi, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Sübhan Xıdırzadə tərəfindən aparılır.

“Könüllülər arasında təlimlərə maraq böyükdür. Təlimlər gənclərə “Vikipediya” haqqında ilkin anlayışları, redaktə etmək bacarığını öyrətməyi və “Vikipediya”ya marağın oyanmasını hədəfləyir. Artıq gənclər “Vikipediya”da müəyyən dəyişikliklər etməyi və məqalələr yaratmağı öyrəniblər. Təlimlər yekunlaşdıqdan sonra gənclər “Vikipediya”da tam olaraq işləyə biləcəklər. Sonda “Vikipediya”ya töhfə verən könüllülər klubunun təşəbbüskarı Milli Məclisin deputatı Elnur Allahverdiyev tərəfindən fəxri diploma layiq görüləcək”, - deyə Elnur Eltürk qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.