REGİONLAR
Gədəbəydə ilk dəfə təcrübə məqsədilə 10 hektar sahədə tütün əkilib
Gədəbəy, 31 may, Rauf Hacıyev, AZƏRTAC
Gədəbəy rayonunda təcrübə məqsədilə ilk dəfə olaraq 10 hektar sahədə tütün əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq rayonda 10 hektar sahədə “Berley” növünə aid olan tütün şitilinin sahəyə köçürülməsi işləri başa çatıb.
Qeyd edək ki, rayonun dağlıq torpaq-iqlim şəraitinin tütün sənayesinin tələbatına uyğun olması, son illər kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlərin və subsidiyaların verilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə dövlət dəstəyinin artırılması, rayonda tütünçülüyün inkişafına zəmin yaradıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]