CƏMİYYƏT
Gədəbəydə kütləvi dava: 2 nəfər bıçaq xəsarəti alıb, 1 nəfər qətlə yetirilib

Bakı, 28 may, AZƏRTAC
Gədəbəy Rayon Polis Şöbəsinə rayonun Novosaratovka kəndində 2 nəfərin bıçaq xəsarəti alması, 1 nəfərin isə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AZƏRTAC-a bildirib ki, dərhal rayon Polis Şöbəsinin və Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, rayon sakinləri 1986-cı il təvəllüdlü Teymur Tapdıqov, qardaşı 1981-ci il təvəllüdlü Samir Tapdıqov və 1998-ci il təvəllüdlü Elpərəs İbrahimov şəxsi münasibətlər zəminində mübahisə edərək bir-birlərinə bıçaq xəsarətləri yetirmiş nəticədə Teymur Tapdıqov ölüb, digər 2 nəfər isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 23.09.2023 [15:47]
Azərbaycanda xanım vəkillərin sayı əhəmiyyətli dərəcədə artıb
- 23.09.2023 [15:32]
Prokurorluq əməkdaşları Abşeron rayonunda 1500-dən çox ağac əkib
- 23.09.2023 [14:21]
Beynəlxalq axtarışa verilmiş şəxs Almaniyadan ölkəmizə gətirilib
- 23.09.2023 [14:13]