REGİONLAR


Gədəbəydə sahibkarlarla görüş keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Gədəbəy rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və yerlərdə sahibkarlara xidmət göstərən digər qurumların nümayəndələri, eləcə də sahibkarlar iştirak ediblər. Görüşdə aqrar sahədə çalışan sahibkarlara göstərilən dövlət dəstəyi, fermerlərin fəaliyyətinin genişləndirilməsi tədbirləri, aqrar sahədə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb, sahibkar və fermerləri maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.