REGİONLAR
Gədəbəydə sınaq üçün yüksək məhsuldarlıqlı 4 yeni növ kartof sortu əkilib
Gədəbəy, 7 sentyabr, AZƏRTAC
Gədəbəydə yeni yaradılmış yüksək məhsuldarlıqlı 4 yeni növ kartof sortu əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprel ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonda yeni yaradılmış yüksək məhsuldarlıqlı kartof sort nümunələrinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitunun əməkdaşları ilə birgə sınaq əkinləri həyata keçirilib.
Əkini aparılan “Çənlibel”, “Uğur”, “Turan” və “Vaqif” sortlarının özəlliyi ondadır ki, digər sortlardan daha məhsuldardırlar. Kartofların əsasən dağlıq ərazidə, dəmyə şəraitində yetişdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sınaq əkinlərinin məqsədi bu növlərin yerli şəraitdə məhsuldarlıq vəziyyətinin öyrənilməsi, eyni zamanda, onların yerli şəraitə uyğunluğu və davamlılığının yoxlanılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]