CƏMİYYƏT


Gədəbəydə yabanı halda bitən bir tona yaxın çətənə kolu məhv edilib

Bakı, 1 avqust, AZƏRTAC

Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Dəyə-Qarabulaq kəndinin yaylaq ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, ümumi çəkisi 932 kiloqram olan 1432 çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.