REGİONLAR


Gədəbəyin 9 yaşayış məntəqəsinə təbii qaz verilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Gədəbəy rayonunun 9 yaşayış məntəqəsinə təbii qaz verilib.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, birlik tərəfindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq qərb bölgəsinin, xüsusilə sərhədyanı kəndlərin təbii qazla təmin olunması istiqamətində işlər davam etdirilir. Cari ildə də ucqar kəndlərin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq məhz Gədəbəy rayonunun Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi adlanan ərazisinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub. Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə qaz borularını işçilərin əlləri ilə həmin ərazilərə daşıması, hava şəraitinin qeyri sabit yağıntılı keçməsinə baxmayaraq artıq görülən işlərin xeyli hissəsi tamamlanaraq yaşayış məntəqələrinin əksəriyyətində sayğac quraşdırma işləri aparılıb.

Oktyabrın 3-də Gədəbəy rayonunun Fərzalı, Çay Rəsullu, İsalı, Göyəlli, Göyəmli, Zamanlı, Arabaçı, Bəydəmirli və Turşsu kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri ictimaiyyət nümayəndələri iştirak edib.

Bildirilib ki, ümumilikdə 852 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 106 min 541 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Bundan əlavə Gədəbəyin Şınıx bölgəsində Sonalar, Hacılar, Mormor, Cücanlı, Əyridərə, Qaravəlilər, Məmmədcəfərli, Dördlər, Qasımlı, Motudərə, eləcə də rayonun Çaldaş və Səbətkeçməz kəndlərində qazlaşdırma işləri son tamamlanma mərhələsindədir. Tezliklə həmin olunan yaşayış məntəqələrinə də təbii qazın verilişi təmin olunacaq. Bu bölgədə yerləşən kəndlərə təbii qazın çəkilişi əhalinin həyat şəraitinin yaxşılaşmasına və ekologiyanın qorunmasına xidmət edəcək.

Sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.