MƏDƏNİYYƏT
“Gedir xərəkdə dünyam...” adlı yeni şeirlər kitabı işıq üzü görüb
Bakı, 24 iyun, AZƏRTAC
Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair İsa Sevərin “Gedir xərəkdə dünyam...” adlı yeni kitabı işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, kitabda müəllifin eyni adda poeması yer alıb. “Borçalı” nəşriyyatında çap olunan kitabın naşiri və redaktoru Müşfiq Borçalıdır.
Kitaba “İsa Sevər poeziyasında ana obrazı” adlı “Ön söz” yazan şair Rizvan Nəsiboğlu şairin ilhamını aşıb-daşan dağ çayına bənzədərək müəllif haqqında deyir: “İsanın bütün kitablarında elə bir atəşin ana sevgisi var ki, bu sevginin işığında əriməmək, xəyalında bir qüdrətli ana obrazı yaratmamaq mümkün deyil. ... İsa Sevər poeziyasında ananın dilində xeyir-dua var, ananın nisgili hiss olunur. Onlar İsanın özü boyda, öz mənəvi əzabları, dərdləri boydadır. Bunları hiss etmək, duymaq üçün təkcə yazıçı, filoloq olmaq yox, həm də fəhmli oxucu olmaq yetərlidir”.