MƏDƏNİYYƏT


“Gelabert” qrupunun oxuduğu yeni mahnı “YouTube”da rekord baxış sayı yığıb

Bakı, 16 avqust, AZƏRTAC

Uşaqlar üçün nəzərdə tutulan mahnıların ifaçısı kimi tanınan “Gelabert” qrupunun “Els mosquits de Damaris” mahnısını “YouTube”da 181 milyon insan dinləyib.

AZƏRTAC lavanguardia.com saytına istinadən xəbər verir ki, sözügedən kanalın abunəçilərinin sayı 1 milyon 300 mindən bir qədər çoxdur. Bu say Böyük Britaniyanın tanınmış “U2” qrupunun abunəçilərindən artıqdır.

Qeyd edək ki, uşaqların sevimlisi “El Pot Petit” qrupu ötən il “İTunes İspaniya” platformasında üçüncü albomunu yerləşdirdikdən sonra rekord göstəricilər ilə Pablo Alboran və ya Ninya Pastori kimi müğənnilərin baxış saylarını geridə qoymuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.