CƏMİYYƏT


Gələcək həkimlər üçün “Uşaq xəstəlikləri” dərsliyi çap olunub

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) müəllimləri tərəfindən hazırlanan “Uşaq xəstəlikləri” dərsliyi çap olunub.

AZƏRTAC universitetin saytına istinadla xəbər verir ki, kitabın müəllifləri ATU-nun II Uşaq xəstəlikləri kafedrasının müdiri, professor Amaliya Əyyubova, kafedranın professoru Hüseyn Qabulov və professor Nailə Sultanovadır.

Professor Amaliya Əyyubovanın verdiyi məlumata görə, dərslik ATU-nun müalicə-profilaktika fakültəsində tədris üçün hazırlanıb və bu mövzuda dərsliyin nəşri böyük əhəmiyyət kəsb edir. Tibbin irəliləməsi ilə demək olar ki, bütün tədris metodikalarında olduğu kimi müalicə-profilaktika fakültəsinin proqramında da müəyyən dəyişikliklər edilib, bir sıra yeni patologiyalar, o cümlədən uşaq xəstəlikləri aşkar olunub:“Biz bu kitabdan əvvəl də dərsliklər hazırlamışıq. Lakin həmin kitablar daha çox pediatrlar üçün faydalı olub. Çünki müalicə-profilaktika fakültəsinin proqramı dəyişilir və buradakı tələbələrə pediatr kimi hər xəstəlik haqqında geniş məlumat verilmir. Buna görə qısa bir müddətdə tamamilə başqa tərzdə dərsliyin yazılması qərarını verdik”.

İki il yarım müddətində ərsəyə gələn dərslik 567 səhifədən ibarətdir. III kurs tələbələri üçün nəzərdə tutulmuş kitabda proqrama uyğun materiallar kompakt şəkildə təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.