CƏMİYYƏT


Gələcək nəsillərin sağlamlığı ilə əlaqədar yeni layihə həyata keçiriləcək

Bakı, 19 avqust, AZƏRTAC

Gələcək nəsillərin sağlam böyüməsini, uşaqların fiziki və əqli cəhətdən normal inkişafını təmin edən ən vacib amil onların düzgün qidalanması ilə bağlıdır. Qida Təhlükəsizliyi Agentliyi uşaqların sağlam qidalanmasının təmin olunması məqsədilə 2019-2020-ci tədris ilindən etibarən müvafiq qurumlar ilə birgə “Sağlamlıq üçün süd için” adlı yeni pilot layihəyə start verəcək.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə çərçivəsində məktəblilərin təzə südlə təmin olunması ilə yanaşı, onlara sağlam qidalanma vərdişlərinin aşılanması, vitamin və mineral çatışmazlığı problemlərinin qidalanma ilə aradan qaldırılması istiqamətində zəruri məlumatların çatdırılması nəzərdə tutulub.

Layihə ilkin olaraq Siyəzən rayonunda yerləşən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə təhsil alan şagirdləri əhatə edəcək, daha sonra ölkəmizin digər bölgələrində də həyata keçiriləcək.

Pilot layihəyə hazırlıq tədbirləri zamanı qurumun mütəxəssisləri tərəfindən şagirdlərə və valideynlərə südün istehlak qaydaları ilə bağlı məlumatlar veriləcək, süd içməyin əhəmiyyəti barədə təlimlər aparılacaq.

Agentlik layihədə könüllü iştirak etmək, təmənnasız dəstək göstərmək istəyən sahibkarları əməkdaşlığa dəvət edir. “Sağlamlıq üçün süd için” layihəsində iştirak etmək istəyən sahibkarlar agentliyin sahibkarlarla iş şöbəsinə müraciət edə bilərlər.

Əlaqə vasitələri: Tel.: (012) 377 00 77 (177), e-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.