ELM VƏ TƏHSİL


“Gələcək üçün bacarıqlar” layihəsi ilə bağlı hesabat təqdim olunub

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) “Gələcək üçün bacarıqlar” layihəsi ilə bağlı hesabata və qarşıda görüləcək işlərin müzakirəsinə həsr olunan görüş keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Vilayət Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov və layihə komandası iştirak edib.

Görüş zamanı layihənin ölkənin innovasiya ekosisteminin inkişafına göstərdiyi təsirə dair, eləcə də layihə mərhələlərinin gedişatı, gələcək addımlar və innovasiya sahəsində qarşılıqlı birgə fəaliyyətin təşkili ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.