CƏMİYYƏT


“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində Bakı Slavyan Universitetində tələbələrlə görüş olub

Bakı, 25 aprel, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən reallaşdırılan “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” ümumrespublika marafonu çərçivəsində növbəti görüş Bakı Slavyan Universitetinin (BSU) tələbələri ilə keçirilib.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova belə təlimlərdə məqsədin ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərini gənclər ordusuna təbliğ etmək olduğunu bildirib.

Gənclər üçün Təhsil Mərkəzinin direktoru Fəxrəddin Həsənzadə qeyd edib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaşyönümlü prinsiplər əsasında təşkil olunmasını təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır.

“Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” ümumrespublika marafonunun təlimçisi, “İnsan Mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib.

Qeyd edək ki, marafon respublikanın bütün ali təhsil müəssisələrini əhatə edəcək.

"Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər paytaxt Bakı və Azərbaycanın bütün bölgələrində gənclər arasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.