CƏMİYYƏT


“Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində tələbələrlə görüşlər davam etdirilir

Bakı, 13 may, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzi (GTM) tərəfindən reallaşdırılan “Gələcək üçün” ümumrespublika marafonu çərçivəsində növbəti görüşlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, eləcə də Azərbaycan Milli Konservatoriyasının tələbələri ilə keçirib.

GTM-dən AZƏRTAC-a bildiriblər ki, marafonun məqsədi Azərbaycan dövləti tərəfindən həyata keçirilən islahatlara ictimai dəstək vermək, vətəndaş öhdəliyi və prinsiplərini gənclər arasında təbliğ etməkdir.

Mərkəzin direktoru Fəxrəddin Həsənzadə bildirib ki, marafonun məqsədi idarəetmə sisteminin vətəndaş yönümlü prinsiplər əsasında təşkilini təbliğ etməkdir. Bu istiqamətdə əsas məqsəd ölkəmizdə insan kapitalının inkişafına xidmət edən səriştəli mütəxəssislərin formalaşdırılmasıdır.

Marafonun təlimçisi, “İnsan mühəndisliyi” proqramının rəhbəri Rövşən Nəcəfov təlim modulunda şəxsi inkişaf üçün insan mühəndisliyi, karyera istiqamətində təcrübə və uğurun yaratdığı nümunələr, insan kapitalı, sosial və ictimai məsuliyyət məsələləri ilə bağlı iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, “Gələcək üçün məsuliyyətli vətəndaş olmaq” çağırışı ilə müxtəlif ictimai və sosial mövzuları əhatə edən təlimlər təkcə Bakıda deyil, o cümlədən bölgələrdə təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.