REGİONLAR


Gələcəkdə Kür sutəmizləyici qurğuları Sabirabad və Saatlının içməli suya olan tələbatını ödəyəcək

Bakı, 10 iyul, AZƏRTAC

Kür sutəmizləyici qurğuları - Sabirabad-Saatlı magistral su kəməri 2030-cu ildə Sabirabad və Saatlı şəhərlərinin içməli suya olan tələbatını ödəyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

“2014-cü ildə uzunluğu 62 kilometr olan Kür sutəmizləyici qurğuları - Sabirabad-Saatlı magistral su kəməri istifadəyə verilib. Həmin kəmər perspektiv inkişaf nəzərə alınmaqla 2030-cu ildə Sabirabad və Saatlı şəhərlərinin, həmin rayonların 40 kəndinin, eləcə də Hacıqabul rayonunun 4 kəndinin ümumilikdə 160 min nəfər sakininin içməli suya olan tələbatını ödəyəcək”, - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.