ELM VƏ TƏHSİL
Gələcəkdə fransalı tələbələr Fransız-Azərbaycan Universitetində təhsil alacaqlar VİDEO
Bakı, 15 sentyabr, AZƏRTAC
Gələcəkdə fransalı tələbələr Fransız-Azərbaycan Universitetində (UFAZ) təhsil alacaqlar.
AZƏRTAC xəbər verir ki, bunu Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan deyib.
Onun sözlərinə görə, son illər Azərbaycan ilə Fransa təhsil və mədəniyyət sahələrində sıx əməkdaşlıq üçün iradə ortaya qoyub. UFAZ-ın açılması ilə təhsil sahəsindəki əməkdaşlıq istiqamətində növbəti addım atılıb.
Jan-Batist Lömuan vurğulayıb ki, bu gün UFAZ-da yüzlərlə tələbə təhsil alır. Onların ən yaxşı və bacarıqlı müəllimlərin əhatəsində yüksək səviyyədə təhsil almaları üçün bütün lazımi şərait yaradılıb. UFAZ-da təhsilin gələcək təşkili ilə bağlı müzakirələr aparılır. Gələcəkdə fransalı tələbələrin bu ali məktəbdə təhsil alması, o cümlədən digər imkanlar təmin ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:21]
Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib
- 23.04.2024 [16:48]
BDU-nun şahmat komandasının uğuru
- 23.04.2024 [16:45]
Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb
- 23.04.2024 [16:37]
Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb
- 23.04.2024 [16:34]
Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar
- 23.04.2024 [16:18]