CƏMİYYƏT


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Gəncədə yeni layihəyə start verib

Bakı, 11 iyul, AZƏRTAC

“Gələcəyə Körpü” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Gəncədə “Uşaq və yeniyetmələrin internet informasiya resurslarının zərərli təsirlərdən qorunması ilə bağlı maarifləndirilmənin aparılması” layihəsinə start verib.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi uşaq evləri və gimnaziyalarda təhsil alan uşaq və yeniyetmələrə internet və onun təhlükəsizliyi haqqında məlumat vermək və onları bu mövzuda maarifləndirməkdir.

Layihə çərçivəsində Gəncədəki dörd müəssisənin (uşaq evləri və gimnaziyalar) hər birində iki gün ərzində seminarlar keçiriləcək. Seminarlarda uşaq və yeniyetmələrə internet təhlükəsizliyi, internetdən istifadə qaydaları və internetin zərərli təsirlərindən qorunmaq üsulları barədə məlumat veriləcək.

Layihə dörd ay müddətində davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.