CƏMİYYƏT


“Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icra etdiyi beynəlxalq layihə davam edir

Bakı, 13 iyun, AZƏRTAC

Bakı şəhərində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin Avropa Komissiyasının Erasmus+ (Key Action 2 – Açar Fəaliyyət 2) proqramı çərçivəsində “Məşğulluq, sahibkarlıq sahəsində təhsil və icma inkişafı üzrə gənc resurs mərkəzi” layihəsinin 3-cü fəaliyyəti - beynəlxalq təlim kursu həyata keçirilir.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi ölkənin Gəncə-Qazax regionunda yaşayan gənclərin sahibkarlıq təhsili və təhsil imkanları barədə məlumatlandırmaqla onların məşğulluq və iştapma bacarıqlarının artırılmasıdır.

İyunun 18-dək davam edəcək təlim kursuna Azərbaycan, Litva, Bolqarıstan, İsveç, Makedoniya, Niderland Krallığı, Gürcüstan, Ukrayna, Moldova və Belarusdan olan ümumilikdə 24 nəfər nümayəndə qatılıb. Təlim kursu gənclər üçün sahibkarlıq təhsili layihələrinin necə qurulacağı, sahibkarlıq təhsili və təlim üçün praktiki bacarıqların əldə edilməsi və s. mövzuları əhatə edir.

Təlim müddətində təşkil ediləcək Bakı və Abşeron turunda iştirakçılar Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın mədəniyyəti, adət və ənənələri haqqında məlumatlandırılacaq və onlar ölkəmizlə daha yaxından tanış olacaqlar.

Qeyd edək ki, İctimai Birlik Avropa Komissiyasının Erasmus+ Proqramı çərçivəsində beynəlxalq layihələrdə həm göndərən, həm də qəbul edən təşkilat olaraq uzun müddətdir fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.