ELM VƏ TƏHSİL


“Gələcəyə addım - II” ümumrespublika olimpiadasına qeydiyyat aparılır

“Gələcəyə addım - II” ümumrespublika olimpiadasına qeydiyyat aparılır

Bakı, 12 noyabr, AZƏRTAC

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə geoloq və geofizik tələbələr üçün keçirilən “Gələcəyə addım - II” ümumrespublika olimpiadasına qeydiyyat davam edir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, qeydiyyat 2022-ci il yanvarın 31-dək aparılacaq. İki mərhələdən ibarət olimpiadada iştirak etmək istəyən tələbələr müsabiqənin veb-saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqənin hər iki mərhələsi AMEA Geologiya və Geofizika İnstitutunda təşkil ediləcək. Birinci mərhələdə onlar təqdim ediləcək mövzunun izahlı cavabından ibarət esse (Azərbaycan, ingilis və ya rus dilində 5 A4 səhifəsindən çox olmamaq şərti ilə) hazırlamalıdırlar. Elmi-təşkilat komitəsinin müvafiq meyarlar üzrə aparacaq qiymətləndirməsindən sonra ən yaxşı esse müəllifləri final mərhələsinə yüksələcək. Finalda uğur qazanacaq iştirakçılar dörd nominasiya üzrə qalib elan ediləcəklər.

Qaliblər üçün mükafat fondu:

I yer – 800 AZN

II yer – 600 AZN

III yer – 400 AZN

Müsabiqənin nəticəsindən asılı olaraq, ayrılan fond çərçivəsində həvəsləndirici mükafatlar (250 AZN) da nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.