CƏMİYYƏT


“Gələcəyimizi qoruyaq” adlı layihəyə start verilib

Bakı, 27 may, AZƏRTAC

Daxili İşlər Nazirliyi və “Davam” Gənclər Hərəkatının birgə təşkilatçılığı ilə “Gələcəyimizi qoruyaq” adlı layihəyə start verilib.

“Davam” Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi gənclər arasında artım dinamikası yüksək olan zərərli vərdişlərə qarşı maarifləndirmə işi aparmaq, qanunun aliliyinin təbliği və qanunazidd əməllərə qarşı birgə mübarizəyə təşviq etməkdir.

Layihə çərçivəsində ilk görüş Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov, nazirliyin mətbuat xidmətinin əməkdaşı, polis baş çavuşu Rəşad Mehdiyev ilə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri arasında keçirilib.

Görüşdə “ağ ölüm”ün fəsadları ilə bağlı müzakirələr aparılıb, gənclərin fikirləri dinlənilib, sualları cavablandırılıb.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.