DÜNYA


Gələcəyin ekoloji qülləsi

Bakı, 6 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində tikiləcək qüllə yaşıllıq sahələri olan ayrı–ayrı bloklar şəklində əsas dayağın ətrafında yerləşdiriləcək.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, hər bir belə platforma 360 dərəcə mənzərə təqdim edir. Qüllədə ofislər və mənzillər yerləşəcək.

Arxitektorların fikrincə, gələcəyin binası kimi xarakterizə olunan qüllə, həm də ekoloji təmiz memarlığın kobud sənayeləşmə üzərində qələbəsinin simvoludur.

Qeyd olunub ki, Barselona şəhərindən olan memarların layihəsi Əbu-Dabi rəsmilərinin təşkil etdiyi müsabiqədə birinci yerə layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.