ELM VƏ TƏHSİL
Gələcəyin fləş kartı hazırlanır
Bakı, 1 sentyabr, Günel Məlikova, AZƏRTAC
Novosibirskdə Rusiyanın yarımkeçirici texnologiya üzrə fizikləri tərəfindən gələcəyin fləş kartı hazırlanır.
AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, yeni icadın digər fləş kartlardan 2-3 dəfə sürətli olacağı bildirilir. Gələcəyin kartı multiqrafenlə tərtib olunacaq ki, bu da bir karbon atomu qalınlığında qrafit qatıdır. Bu material nanotexnologiya üçün çox perspektivli hesab olunur. Burada multiqrafendən elektrik enerjisinin qorunması üçün istifadə ediləcək. Rusiyalı alimlər bu texnologiyanın əsasında gələcəyin fləş kartlarının istehsal olunacağını vurğulayırlar.
Mütəxəssislər hazırda bu istiqamətdə əsaslı araşdırmaların aparıldığını, irimiqyaslı istehsalı haqqında danışmağın isə hələ tez olduğunu bildiriblər.