MƏDƏNİYYƏT
“Gələcəyin musiqi müəllimləri” adlı elmi-praktik konfrans keçirilib
Bakı, 6 may, Aynur İsmayılova, AZƏRTAC
Mayın 6-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının təşkil etdiyi “Gələcəyin musiqi müəllimləri” adlı elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda BMA-nın kafedra müdiri Elnarə Məmmədova çıxış edərək dərsin keçirilmə qaydası, işin qurulması, musiqi alətləri və əsərlər haqqında məlumat verib, belə tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Tədbirdə yerli və xarici bəstəkarların əsərləri səsləndirilib. Cəmilə Feyzullayeva Edvard Qriqin “Vals”, Nigar Qəmbərova Frederik Şopenin “Noktürn №1”, Nəzrin Abbasbəyli A.Azizovun “Prelüdlər”, Minirə Nəcəfzadə Frans Şubertin “Skerso VII 1”, Həlimə Kərimli Kosenkonun “Skerso” əsərlərini ifa ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:20]
Abdulla Şaiqin mənzil-muzeyində tədbir: “Narkotik asılılığına son!”
- 25.04.2024 [17:54]
Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib
- 25.04.2024 [17:45]
Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək
- 25.04.2024 [17:00]
Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 25.04.2024 [16:38]
İstiqlal Muzeyində “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib
- 25.04.2024 [16:06]
“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub
- 25.04.2024 [16:03]