DÜNYA


Gələcəyin ofisi

Bakı, 29 sentyabr, AZƏRTAC

Əsas ofisləri Pekin və ABŞ-ın Los-Anceles şəhərində yerləşən tanınmış memarlıq və dizayn şirkəti “MAD Architects” dünyanı heyrətləndirə biləcək yeni bir layihə - gələcəyin ofisi konsepsiyasını təqdim edib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, şirkətin memarları Los-Ancelesdə - Hollivudun mərkəzində "Ulduz" adlanan futuristik bir şüşə qüllənin layihəsini hazırlayıblar. Belə ki, 22 mərtəbəli binanın dizaynı 500 milyon dollar təşkil edəcək.

Memarlar hesab edirlər ki, yaşıllığa qərq olunmuş göydələn, həmçinin işıqlı otaqlar və açıq sahələr ofis əməkdaşları üçün rahat bir şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.