Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib [YENİLƏNİB-2] VIDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Dekabrın 24-də Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov konfransda çıxış edərək ölkəmizdə mütəmadi olaraq həyata keçirilən islahatların miqyasından və əhəmiyyətindən danışıb. Bildirib ki, XX əsrin son onilliyində Azərbaycanın dinamik inkişafında, onun gələcək tərəqqisinin əsaslarının formalaşdırılmasında ulu öndər Heydər Əliyevin islahatlar strategiyası misilsiz rol oynayıb. Prezident İlham Əliyevin bu strategiyanı uğurla davam etdirməsi nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Azərbaycanın iqtisadi sferada belə yüksək inkişafı xalqımızın qürur mənbəyini təşkil edən mühüm amillərdən biridir. Azərbaycan bu inkişafla dünyaya iqtisadi qüdrətini, özünün liderinin peşəkarlığını və məharətini sübut edə bilib.

Azərbaycanın hazırda inkişafın yeni mərhələsinin astanasında olduğunu vurğulayan Baş nazirin müavini diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində çox mühüm dəyişikliklərə təkan verəcək yeni islahatlar konsepsiyası hazırlanmaqdadır. Qarşıdakı illərdə islahatlar konsepsiyasının uğurla həyata keçirilməsi Azərbaycanın yenidən özünün iqtisadi möcüzəsi ilə yanaşı, möhtəşəm inkişaf nümunələrini bütün dünyaya təqdim etməsinə imkan yaradacaq.

Əli Əhmədov vurğulayıb ki, bu konfrans YAP-ın intellektual gücünün və potensialının bu ideyaların həyata keçirilməsinə istiqamətləndirmək məqsədi daşıyır. Konfrans çərçivəsində təqdimatlarda Prezident İlham Əliyevin islahatlar konsepsiyasının ayrı-ayrı istiqamətləri barədə aydın təsəvvür yaratmaq mümkün olacaq.

Konfransın Prezident İlham Əliyevin doğum günündə keçirildiyini qeyd edən Əli Əhmədov dövlətimizin başçısını xalqımızın və YAP-ın çoxminli üzvləri adından təbrik edərək, ali dövləti fəaliyyətində uğurlar arzulayıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirilib ki, milli dövlətçilik ideologiyası, xarizmatik liderlik və bu liderlik ətrafında geniş konsensus Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların uğurla nəticələnməsini təmin edib. Bu dövr ərzində ölkəmizdə qeyri-neft iqtisadiyyatı iki dəfə artıb və onun ümumi daxili məhsulda payı 38 faizdən 66 faizə yüksəlib. Bu gün regionlarımız iqtisadi dövrəyə fəal cəlb olunub və hazırda iqtisadi dəyərin üçdə biri regionlarda formalaşır. Azərbaycan hökumətinin intensiv olaraq kommunal və nəqliyyat infrastrukturuna yatırdığı investisiyalar müsbət nəticələrini verir. Nəticədə ölkə ərazisinin 90 faizindən çoxu təbii qazla təmin olunub. Bu, dünya üzrə ümumi göstəricidən iki dəfə çoxdur. Bildirilib ki, irriqasiya sahəsində görülən tədbirlər nəticəsində 2008-2015-ci illərdə istehsala yararlı torpaq sahəsi 1270 kvadratkilometr artıb. Bu da ölkə ərazisinin 1,5 faizi deməkdir. Beləliklə Azərbaycanda torpaqların 70 faizi istifadəyə yararlı vəziyyətə gətirilib.

Qeyd edilib ki, bu gün Azərbaycanda insan kapitalının inkişafı sahəsində fəxr ediləcək uğurlara nail olub. Əhalinin hər 100 nəfərindən 77-nin internetə çıxış imkanı olduğunu deyən R.Aslanlı diqqətə çatdırıb ki, bu göstərici dünya üzrə 44 nəfər təşkil edir. Bu gün Azərbaycan kosmik ölkələr qrupunun üzvüdür. Həyata keçirilən siyasət ölkəmizdə məşğulluq səviyyəsinin artması ilə nəticələnib. Açılan iş yerlərinin 72 faizi məhz regionlarda yaradılıb. Bu isə ölkə əhalisinin sosial rifahının, dayanıqlı gəlirlərinin formalaşmasını təmin edib.

R.Aslanlı diqqətə çatdırıb ki, 2014-cü ildə dünyada baş verən iqtisadi proseslər Azərbaycanın postneft dövrünə keçid prosesini sürətləndirib. Bu il postneft iqtisadiyyatının qurulması üçün strategiya hazırlanaraq təqdim olunub. Prezident İlham Əliyevin dekabrın əvvəlində təsdiq etdiyi dayanıqlı inkişafla bağlı Yol Xəritəsi ölkəmizin daha geniş şaxələndirilmiş və dərin iqtisadi modelinin qurulmasını təmin edəcək. Həmin sənəddə sabit, dayanıqlı və səmərəli maliyyə sektorunun qurulması məsələləri də əksini tapıb. Bu məqsədlə strategiya bir sıra istiqamətləri – bank sektorunda restrukturizasiya proseslərinin tamamlanmasını, qeyri-işlək aktivlərlə bağlı problemlərin həllini, maliyyə infrastrukturunu əhəmiyyətli dərəcədə inkişaf etdirməyi nəzərdə tutur. Bununla əlaqədar yol xəritəsinin implementasiya proqramı hazırlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov vurğulayıb ki, ölkəmizin bugünkü inkişaf səviyyəsi müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin müdrik dövlət idarəçiliyi fəlsəfəsi Azərbaycanın dinamik inkişafı ilə yanaşı, bugünkü tərəqqisinin əsaslarının formalaşdırılmasında da mühüm rol oynayıb. YAP Heydər Əliyev siyasətinin aparıcı qüvvəsi kimi ölkəmizin qarşısında dayanan mühüm vəzifələrin həllində xalqımızın iradəsinin ifadəçisi kimi çıxış edir. Sıralarında cəmiyyətin bütün təbəqələrini birləşdirən partiya Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı inkişafında yüksək fəallığı ilə seçilir.

İ.Kərimov deyib ki, Azərbaycanın müasir tarixi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli islahatlar nəticəsində sürətli inkişafla səciyyələnir. Dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşı, onun hüquq və azadlıqlarının qorunması dayanır. Bu isə dövlət-vətəndaş münasibətlərinin ən yüksək səviyyəsinin təzahürüdür. Dövlət idarəetməsində müasir dövrün tələblərinə uyğun islahatlar aparılır, dövlət idarəçiliyi təkmillləşdirilir, idarəetmə prosesləri modernləşdirilir və dövlət orqanlarının fəaliyyətində səmərəlilik artırılır. Dörd il əvvəl “ASAN xidmət” mərkəzlərinin yaradılması nəticəsində dövlət orqanlarının fəaliyyətində şəffaflıq artıb, məmur-vətəndaş münasibətləri daha yüksək səviyyəyə qaldırılıb.

Agentliyin sədri vurğulayıb ki, bu gün “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində təkcə Azərbaycan cəmiyyətinə deyil, bütün dünyaya yeni yanaşma və düşüncə tərzi gətirib. “ASAN xidmət”də müxtəlif dövlət orqanları vahid brend altında, qarşılıqlı əməkdaşlıq şəraitində vətəndaşlara yüksək səviyyəli xidmət göstərirlər. Hazırda Azərbaycanda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Bundan başqa, Prezidentin tapşırığına əsasən, 10 səyyar avtobus da müvafiq xidmətə cəlb olunub. İndiyədək 13 milyon vətəndaş “ASAN xidmət” mərkəzlərinin xidmətlərindən istifadə edib. Ümumi vətəndaş məmnunluğu isə 98 faiz təşkil edir. Bu məmnunluq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlara əhalinin dəstəyinin göstəricisidir. “ASAN xidmət”in təcrübəsi dünyada maraqla qarşılanır və öyrənilir. Ötən il “ASAN xidmət” BMT tərəfindən yüksək mükafata layiq görülüb.

“ASAN xidmət”in korrupsiyaya qarşı mübarizədə uğurlu model olduğunu deyən İ.Kərimov qeyd edib ki, Azərbaycanın bu sahədə uğurlu təcrübəsi tərəfdaşlar üçün də nümunə təşkil edir. Ötən il Azərbaycan BMT-nin “Elektron hökumət” sorğusunda irəliləyişlərə nail olub. Azərbaycan “Elektron inkişaf indeksi” üzrə 30 pillə irəliləyərək 47-ci yeri tutub. Elektronlaşmanın daha bir uğurlu nümunəsi kimi, “ASAN ödəniş” sistemi yaradılıb. Bu sahədə daha bir yenilik Prezident İlham Əliyevin tapşırığı əsasında mərkəzləşdirilmiş formada “ASAN viza” elektron sisteminin yaradılmasıdır. Azərbaycana gəlmək istəyən əcnəbi vətəndaşlar bu sistemin sayəsində üç dəqiqə ərzində müraciət edərək üç gün müddətində viza ala bilirlər.

Diqqətə çatdırılıb ki, dövlət xidmətlərinin vətəndaşlara şəffaf və rahat şəkildə innovativ üsullarla göstərilməsi davamlı prosesdir. Yaxın vaxtlarda Bakıda “ASAN kommunal” mərkəzlərinin yaradılması nəzərdə tutulur. Digər yenilik isə “ASAN qatar” sisteminin fəaliyyətə başlamasının planlaşdırılmasıdır. Hazırda səyyar avtobuslarla vətəndaşlara göstərilən xidmətlər “ASAN qatar” sistemi vasitəsilə əhaliyə daha rahat üsullarla çatdırılacaq.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev ölkəmizdə icbari tibbi sığortanın mahiyyəti, tətbiqi və bu sahədə nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirib ki, icbari tibbi sığortanın tətbiqi, səhiyyənin maliyyələşdirilmə sisteminin təkmilləşdirilməsi ölkəmizdə həyata keçirilən islahatların məntiqi davamıdır. Prezident İlham Əliyev bu məqsədlə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı Fərman imzalayıb. Bu Fərmana uyğun olaraq, icbari tibbi sığortanın pilot qaydada tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın məqsədi səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək, əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

Dövlət agentliyinin fəaliyyəti səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni iqtisadi əsaslarının qurulmasını təmin edəcək, həmçinin əhalinin tibbi xidmətlərdən istifadə imkanlarını artıracaq və səhiyyənin maliyyə kapitalını gücləndirəcək. Agentlik səhiyyə sahəsində aparılan islahatların əhalinin sağlamlığının yaxşılaşdırılmasına daha səmərəli şəkildə yönəldilməsini, bunun üçün icbari tibbi sığorta səhiyyə sahəsinə ayrılan vəsaitlərin vahid mənbədə cəmləşməsini və əhalinin tibbi xidmətlərdən istifadə üçün çəkilən xərclərinin bir mənbədən maliyyələşdirilməsini təmin edəcək.

Diqqətə çatdırılıb ki, sosial həmrəylik prinsipi əsasında fəaliyyət göstərəcək yeni maliyyələşmə sistemində dövlət vəsaitləri və icbari tibbi sığorta ödənişləri səhiyyənin maliyyələşməsinin başlıca mənbəyi olacaq. Aztəminatlı ailələr, əlillər, uşaqlar, tələbələr icbari tibbi sığorta ödənişlərindən azad edilərək dövlətin sosial dəstəyi ilə təmin olunacaqlar. Mövcud resurslardan səmərəli və şəffaf şəkildə istifadə icbari tibbi sığortanın əsas prinsipləridir. Məqsəd tibbi xidmətin keyfiyyətinin daha da stimullaşdırılması, ayrılan dövlət vəsaitinin daha ünvanlı və səmərəli istifadəsinin təmin edilməsidir. Müvafiq araşdırmalar aparılaraq əhalinin tibbi xidmət ehtiyacları qiymətləndirilir və icbari tibbi sığortanın tətbiqi üçün baza xidmətlər zərfi hazırlanır. Bu zərf dövlət və sığorta təminatlı hissələrdən ibarət olacaq.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

“Gələcəyin ünvanı: Prezident İlham Əliyevin islahatlar strategiyası” mövzusunda konfrans keçirilib [YENİLƏNİB-2] VIDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır