CƏMİYYƏT
Gələcəyini düzgün qur
Bakı, 9 dekabr, AZƏRTAC
Gənclər arasında narkomaniya və narkomanlığa qarşı təbliğat işlərini gücləndirmək, gənclərin qarşılaşa biləcəkləri risklər barədə onları məlumatlandırmaq, gələcək nəsli bu bəladan müdafiə etmək və sağlam həyata motivasiyalarını daha da gücləndirmək məqsədilə “Gələcəyini düzgün qur” şüarı ilə Sabunçu Gənclər Evində forum təşkil edilib.
Forumda Milli Məclisin deputatı, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupundan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən, Ombudsman Aparatından, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən nümayəndələr və gənclər iştirak ediblər.
Çıxışlardan sonra forumda iştirak edən gənclərin sualları cavablandırılıb.