İQTİSADİYYAT


Gələn ay Bakıda “Visa Cashless Forum” keçiriləcək

Bakı, 29 yanvar, AZƏRTAC

Fevralın 12-də Bakıda ilk dəfə “Visa Cashless Forum” keçiriləcək.

AZƏRTAC forumun saytına istinadla xəbər verir ki, mövzusu “Gələcəyi idarə etmək” “Driving the Future” olan forum Azərbaycan Mərkəzi Bankı və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə təşkil olunur.

Qeyd edək ki, “Visa Cashless Forum” rəqəmli ödənişlər ekspertlərinin, bank, maliyyə, fintech və ticarət sahələrinin nümayəndələrinin iştirakı ilə nağdsız ödənişlərin və bu sahədə innovasiyaların daha geniş tətbiqi ilə bağlı məsələlərin müzakirə olunduğu platformadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.