REGİONLAR


Gələn ay Lerikin ucqar dağ kəndlərində modul tipli məktəb binaları istifadəyə veriləcək

Lerik, 17 fevral, İlkin Adıyev, AZƏRTAC

Tezliklə Lerik rayonunun Kəlvəz, Buruq və Osyodərə kəndlərində quraşdırılan modul tipli binalar müəllim və şagirdlərin istifadəsinə veriləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin 2022-ci il 19 sentyabr tarixli Sərəncamına əsasən, Lerik rayonunun Kəlvəz, Buruq və Osyodərə kəndlərində modul tipli məktəb binalarının tikintisinə başlanılıb. Məktəb binaları sinif otaqlarından, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir.

Hazırda iki məktəbdə son tamamlanma, bir məktəbdə isə quraşdırma işləri aparılır. Mart ayında məktəb binalarının istifadəyə verilməsi planlaşdırılır.

Kəlvəz kənd tam orta məktəbin yeni binası 56, Osyodərə kənd ibtidai məktəbinin binası 20, Buruq kənd ümumi orta məktəbinin binası isə 40 şagird yerlikdir.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, binalara istilik sistemi, elektrik və su xətləri çəkilib. Məktəblərin həyətində abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq, əraziyə asfalt örtüyü döşənəcək.

Qeyd edək ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.