CƏMİYYƏT
Gələn aydan özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsinə başlanılacaq
Bakı, 24 iyun, AZƏRTAC
Özünüməşğulluq proqramı çərçivəsində biznes-planlarının qiymətləndirilməsi mərhələsində uğur qazanan vətəndaşlara gələn aydan etibarən mal və materialların verilməsinə başlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, nazir Sahil Babayevin sözlərinə görə, növbəlilik prinsipi əsasında proqram iştirakçılarına aktivlərin verilməsi həyata keçiriləcək. Cari il ərzində 10 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb olunması gözlənilir. Proqram çərçivəsində əlilliyi olan şəxslərə, şəhid ailələrinə, məcburi köçkün ailələrinə və digər həssas qruplara üstünlük verilir.
Özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində Dünya Bankı ilə əməkdaşlıq həyata keçiriləcək. Bununla əlaqədar Dünya Bankı ilə aparılan müzakirələr artıq yekun mərhələdədir. Bu əməkdaşlıq gələn il proqrama cəlb olunan vətəndaşların sayının 15 minə çatdırılmasına imkan verəcək ki, onlardan da 7 min nəfərinin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları yaratmalarına Dünya Bankı tərəfindən dəstək veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]