DÜNYA


Gələn il ABŞ-ın sutkalıq neft hasilatı 12 milyon barreli ötəcək

Bakı, 7 noyabr, AZƏRTAC

2019-cu ildə Birləşmiş Ştatların gündəlik xam neft istehsalı 12 milyon barreli keçəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) məlumat yayıb.

Bildirilir ki, ABŞ-ın gündəlik neft istehsalının qarşıdakı ildə 1 milyon 160 min barrel artaraq 12 milyon 60 min barrel olacağı nəzərdə tutulur.

EIA əvvəlki proqnozunda 2019-cu ildə Birləşmiş Ştatlarda neft hasilatının gündəlik 1 milyon 20 min barrel artacağını proqnozlaşdırırdı.

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına əsasən, ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.

EIA-nın oktyabr ayı üzrə proqnozuna görə isə ABŞ-ın xam neft istehsalının bu il sutkalıq orta hesabla 10,7 milyon barrel, gələn il 11,8 milyon barrel olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.