İDMAN


Gələn il Bakıda budo üzrə dünya kuboku turniri keçiriləcək

Bakı, 8 may, AZƏRTAC

Gələn il Bakıda budo döyüş növləri üzrə dünya kuboku turnirinin keçirilməsi planlaşdırılır.

Bunu Dünya Budo Döyüş Növləri Federasiyasının vitse-prezidenti Faiq Rəfiyev AZƏRTAC-a müsahibəsində deyib.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnirlərin hər il keçirilməsinin ənənəyə çevrildiyini vurğulayan F.Rəfiyev qeyd edib: “Azərbaycan Budo Döyüş Növləri Federasiyası 2020-ci ildə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan dünya kuboku turniri təşkil etməyi planlaşdırır. Bu yarışlar semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçiriləcək. Bundan əlavə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq budo turnirini də ənənəvi qaydada təşkil etməyi düşünürük”.

Qarşıdakı turnirlər haqqında danışan federasiya rəhbəri deyib: “İyunun 12-dən 17-dək İstanbulda keçiriləcək Avropa çempionatında 40-dək idmançımız iştirak edəcək. Oktyabrda isə Şimali Kiprdə keçiriləcək dünya çempionatına 50 idmançı ilə qatılacağıq. Bu yarışlarda böyük nailiyyət qazanacağımıza inanırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.