İDMAN


Gələn il Bakıda keçiriləcək Formula 2 yarışının vaxtı müəyyənləşib

Bakı, 11 noyabr, AZƏRTAC

Formula 2 yarışlarının 2021-ci il mövsümünün təqvimi açıqlanıb.

AZƏRTAC xəbər verir ki, çempionat martın 26-28-də Bəhreyndə start götürəcək. Mövsümə dekabrın 3-5-də Əbu-Dabidə yekun vurulacaq.

Mövsümün üçüncü mərhələsinə Azərbaycan ev sahibliyi edəcək. Yarış iyunun 4-6-da Bakı şəhər halqasında keçiriləcək.

Formula 2 yarışı yeni mövsümdə 8 mərhələdən ibarət olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.