İDMAN


Gələn il Bakıda keçiriləcək gimnastika yarışlarının tarixi müəyyənləşib

Bakı, 21 sentyabr, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən təşkil olunan batut və idman gimnastikası üzrə ənənəvi dünya kuboklarının növbəti il üçün tarixləri müəyyənləşib.

AZƏRTAC AGF-yə istinadla xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin bir neçə gün əvvəl videokonfrans formatında keçirilmiş görüşündə 2021-ci ildə təşkil ediləcək dünya kubokları, eləcə də “challenge” seriyalı dünya kuboklarının məkan və tarixləri barədə qərar qəbul edilib.

Beləliklə, növbəti ildə Milli Gimnastika Arenası batut gimnastikası və tamblinq üzrə dünya kubokuna fevralın 13-14-də, idman gimnastikası üzrə dünya kubokuna isə martın 4-7-də ev sahibliyi edəcək.

Cari il aprelin 24-26-da keçirilməli olan, lakin pandemiya səbəbindən təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku isə gələn il mayın 7-9-da təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.