İQTİSADİYYAT


Gələn il Dövlət Gömrük Komitəsinin qarşısında 3 milyard 702 milyon manat büdcə proqnozu qoyulub

Bakı, 6 dekabr, Elvin Camalov, AZƏRTAC

Gələn il Dövlət Gömrük Komitəsinin qarşısında 3 milyard 702 milyon manat büdcə proqnozu qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn il üçün büdcə proqnozları ilə bağlı tapşırıqlar qoyularkən aksiz dərəcələrində müəyyən dəyişikliklər olunub,

energetik içkilərin aksizlərə cəlb edilməsində xüsusi bir hesablama həyata keçirilib.

Sədr qeyd edib ki, komitə qarşısında qoyulan büdcə proqnozunun icrası ilə bağlı bütün resurslar və texniki imkanlar tam səfərbər olunub, hesablamalar aparılıb və büdcə sistemi haqqında qanuna uyğun olaraq büdcə layihəsi işlənərkən komitənin ekspertləri, xüsusilə də baş idarə rəisləri orada təmsil olunublar. Düşünürük ki, gələn il də büdcə proqnozu artıqlaması ilə yerinə yetiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.