İQTİSADİYYAT


Gələn il Dövlət Neft Fondunun büdcəsinin 4 214,9 milyon manat profisitlə icra ediləcəyi gözlənilir

Bakı, 5 noyabr, AZƏRTAC

2019-cu ildə Dövlət Neft Fondunun büdcəsinin 4 214,9 milyon manat profisitlə icra ediləcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

“Fondun gələn il üçün gəlirləri 15 579,2 milyon manat, xərcləri isə 11 364,3 milyon manat nəzərdə tutulur. Azərbaycanın payına düşən mənfəət neftinin və qazının satışından əldə edilən xalis gəlirlər 13,218 milyard manat təşkil edəcək. Fondun vəsaitlərinin idarə olunmasından isə 1,571 milyard manat mənfəət əldə edilməsi proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.