Gələn il “Eurovision” mahnı müsabiqəsində Avstriyanı Filippin əsilli müğənni təmsil edəcək
AzerTAg.az
Vyana, 12 dekabr, AZƏRTAC
Filippin əsilli Vinsent Bueno adlı müğənni 65-ci “Eurovision-2020” mahnı müsabiqəsində Avstriyanı təmsil edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə xəbəri Avstriya Teleradiosu (ORF) yayıb. Teleradio ötən illərdə olduğu kimi, bu il də müsabiqə təşkil etmədən ölkə üzrə təmsilçini müəyyən edib.
34 yaşlı müğənni 2008-ci ildə “Musical! Die Show“ müsabiqəsini qazandıqdan sonra musiqiçi kimi tanınıb. Teatr və müzikl tamaşalarında müxtəlif rolları ilə sevilən V. Bueno musiqi yarışmasına “Alive“ mahnısı ilə yollanacaq.
Qeyd edək ki, iştirakçı ölkələr öz namizədlərini martın ortalarına kimi müəyyən etməlidirlər. Avstriyada iştirakçının geniş tamaşaçı kütləsi tərəfindən deyil, telekanalın jürisi tərəfindən seçilməsi ölkədə bu müsabiqəyə olan marağın aşağı olduğunu göstərir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Xəbərin mətnində orfoqrafik səhv var