İDMAN


Gələn il Formula 1 Azərbaycan Qran-Prisi aprelin 25-də keçirilə bilər

Bakı, 16 oktyabr, AZƏRTAC

Formula 1-in 2021-ci il mövsümünün ilkin təqvimi açıqlanıb.

AZƏRTAC “F1i” nəşrinə istinadla xəbər verir ki, sayca 4-cü olan Azərbaycan Qran-Prisi aprelin 25-də keçirilə bilər. Dünya çempionatının birinci yarışının isə Bəhreyndə martın 14-də təşkili nəzərdə tutulub. Melburndakı mərhələ isə oktyabra təxirə salınıb.

Mövsüm dekabrda Əbu-Dabi Qran-Prisi ilə başa çatacaq.

Gələnilki mövsümdə dünya çempionatı çərçivəsində ümumilikdə, 22 Qran-Pri - Bəhreyn (14 mart), Vyetnam (28 mart), Çin (11 aprel), Azərbaycan (25 aprel), Niderland (2 may), İspaniya (9 may), Monako (23 may), Kanada (6 iyun), Avstriya (20 iyun), Fransa (27 iyun), Britaniya (11 iyul), Macarıstan (25 iyul), Belçika (29 avqust), İtaliya (5 sentyabr), Rusiya (19 sentyabr), Sinqapur (26 sentyabr), Yaponiya (10 oktyabr), Avstraliya (24 oktyabr), ABŞ (7 noyabr), Meksika (14 noyabr), Səudiyyə Ərəbistanı (28 noyabr), Əbu-Dabidə (5 dekabr) yarışları baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.