İDMAN
Gələn il Formula 1 Azərbaycan Qran-Prisi iyunun 6-da keçiriləcək
Bakı, 10 noyabr, AZƏRTAC
Formula 1 üzrə dünya çempionatının 2021-ci il mövsümünün təqvimi açıqlanıb.
AZƏRTAC Formula 1-ə istinadla xəbər verir ki, çempionat martın 21-də Avstraliyanın Melburn şəhərində start götürəcək. Mövsümə dekabrın 5-də Əbu-Dabi Qran-Prisi ilə yekun vurulacaq.
İyirmi üç mərhələdən ibarət çempionat çərçivəsində keçiriləcək Azərbaycan Qran-Prisinin də vaxtı müəyyənləşib. Belə ki, Bakı şəhər halqası yarışa iyunun 6-da ev sahibliyi edəcək.
Gələn il Səudiyyə Ərəbistanı Qran-Prisi debüt edəcək. Cari il keçirilməsi nəzərdə tutulan və koronovirus pandemiyası səbəbindən təxirə salınan Vyetnam Qran-Prisinin təşkili isə hələ sual altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:22]
Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib
- 29.03.2024 [18:08]
Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
- 29.03.2024 [17:38]
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]