DÜNYA


Gələn il Gürcüstanda “NATO-Gürcüstan 2019” çoxmillətli təlimləri keçiriləcək

Tbilisi, 6 dekabr, AZƏRTAC

Gələn il Gürcüstanda “NATO-Gürcüstan 2019” çoxmillətli təlimləri keçiriləcək. Birgə təlimlər Gürcüstan Silahlı Qüvvələrinin modernləşdirilməsi, NATO standartlarına uyğunlaşdırılması və inteqrasiyasının sürətləndirilməsi məqsədilə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın müdafiə naziri Levan İzoria bu gün rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı illik hesabat verərkən deyib.

Nazirin sözlərinə görə, təlimlərdə NATO-ya üzv və tərəfdaş ölkələrin, o cümlədən Cənubi Qafqaz dövlətlərinin hərbi qulluqçularının da iştirakı nəzərdə tutulub.

L.İzoria Gürcüstanın hərbi qüdrətinin artırılması, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması, əməkhaqlarının, silahlı qüvvələrin döyüş və müdafiə qabiliyyətinin artırılması, beynəlxalq əməkdaşlığın perspektivləri barədə məlumat verib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.