DÜNYA


Gələn il Gürcüstanda parlament seçkiləri proporsional və majoritar sistemlərin tətbiqi ilə keçiriləcək

Tbilisi, 14 noyabr, AZƏRTAC

Gələn il Gürcüstanda parlament seçkiləri proporsional və majoritar sistemlərin tətbiqi ilə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Gürcüstan parlamentinin noyabrın 14-də keçirilən iclasında proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya dəyişiklikləri üzrə səsvermə olub. Səsvermə zamanı proporsional seçki sisteminə keçid yetərli səs toplamayıb.

Parlamentin sədri Arçil Talakvadze səsvermədən sonra bəyan edib ki, 2020-ci ildə Gürcüstanda parlament seçkiləri 3 faizlik baryer, blokların iştirakı və qarışıq sistem üzrə keçiriləcək.

Səsvermə zamanı yalnız 101 deputat qanun layihəsinin lehinə səs verib. Dəyişikliklərin qəbul olunması üçün isə 113 səs tələb olunur.

Parlament çoxluğunun hazırladığı dəyişikliklərə əsasən, 2020-ci ildə seçkilər proporsional sistem üzrə və sıfır baryeri şəraitində keçiriləcəkdi. Bununla yanaşı, dəyişikliklərlə parlament seçkilərində seçki bloklarının iştirakı mümkün olmayacaqdı. Lakin layihə parlamentdən keçməyib.

Onu da qeyd edək ki, proporsional seçki sisteminə keçid bu ilin iyun ayında Tbilisidə keçirilən etiraz aksiyalarının əsas tələblərindən biri olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.