REGİONLAR


Gələn il Qazaxda əkin sahələri 21 min 476 hektara çatdırılacaq

Qazax, 31 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Gələn il Qazaxda əkin sahələri 843,3 hektar artırılaraq 21476,3 hektara çatdırılacaq.

Qazax Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, rayon üzrə ümumilikdə 13 min 180 hektar taxıl əkiləcək. Bunun 9400 hektarını buğda, 3780 hektarını isə arpa sahəsi təşkil edəcək.

Hazırda 2019-cu ilin məhsulu üçün nəzərdə tutulan 13 min 180 hektar taxıl sahəsindən 8206 hektarında buğda, 4051 hektarında isə arpa olmaqla, ümumilikdə 12 min 257 hektar taxıl səpilib. Həmçinin 13 min 668 hektar sahədə isə şumlanma aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.